“Metyu” 100 mindən çox uşağı məktəbsiz qoydu…

  • By admin
  • 11 Oktyabr 2016 09:42

metyu

“Metyu” qasırğasının tüğyan etdiyi Haitidə 100 mindən çox uşaq məktəbsiz qalıb.

Gununsesi.info-nun Anadolu agentliyinə istinadən məlumatına görə, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) açıqlama verib. Açıqlamada ən azı 300 məktəbin qismən və ya tamamilə zərər gördüyü, bir çox məktəbin isə ailələr üçün sığınacaqlara verildiyi qeyd edilib.

BMT-nin Humanitar Yardım Koordinasiya Ofisi isə qasırğa səbəbi ilə Haitidə ən azı 900 adamın həyatını itirdiyini və 11 milyonluq əhalinin yarısının qasırğadan ziyan çəkdiyini bildirib.

Gununsesi.info