Metyu Brayza: “ABŞ demokratiya lideri kimi nüfuzunu itirir”

  • By admin
  • 10 Dekabr 2021 15:16

“Bu gün ABŞ-ın demokratiyanın lideri olaraq elə də nüfuz sahibi olmadığı üçün demokratiya zirvəsini keçirmələri yersiz görünür”.

Gununsesi.info xəbər verir ki, bunu Vaşinqtondakı “Atlantik Şurası” Beyin Mərkəzinin baş elmi işçisi, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib.

“Hələ də ABŞ-da böyük partiyalardan biri son seçkilərdə Donald Trampın səslərinin guya oğurlandığını iddia edərək gələn dəfə namizədləri qalib gəlməsə, səsləri oğurlamaq daha asan olsun deyə seçki qanunlarını dəyişdirməyə belə hazır olduqlarını bildirirlər”, – sabiq diplomat deyib.

Onun sözlərinə görə, demokratiya uğrunda sammit keçirmək fikri ABŞ üçün elə də uğurlu deyil: “Çünki onun dediyinə əsasən, bunun üçün hökumət hansı ölkələrdə demokratiyanın “yaxşı”, hansılarda “pis” olduğunu ayırd etməlidir. Dəvətlilər siyahısının türkdilli ölkələrə, yaxud hansısa ölkədə müsəlman çoxluğu olub-olmamasına dəxli yoxdur”.

M.Brayza Prezident Cozef Baydenin islam əleyhdarı olmadığını da vurğulayıb.

Gununsesi.info