Metyu Brayza: Ermənilər Azərbaycanın dünyada tanınmış sərhədləri daxilində yaşamağı qəbul etməlidir - KEÇMİŞ AMERİKALI HƏMSƏDRDƏN ÖZƏL AÇIQLAMA

  • By admin
  • 21 Dekabr 2020 14:02

ATƏT-in Minsk Qrupunun sabiq həmsədri , Amerikanın ölkəmizdə səfiri olmuş Metyu Brayza Gununsesi.info-ya eksklüziv açıqlama verib.

Tərəflər arasında imzalanan son bəyanatı ən məqbul variant kimi dəyərləndirən Metyu Brayza deyib ki, davamlı sülh tərəflərin özündən asılıdır:
“Mənim qiymətləndirməyim budur ki, 9/10 noyabr müqaviləsi yaxşı və ədalətlidir. Baş nazir Paşinyan münaqişəni Madrid prinsipləri əsasında nizamlamaqdan dəfələrlə imtina etmişdir. Bu gün artıq yeni bir situasiya yaranıb.
Bütün ermənilər və azərbaycanlılar da 9/10 Noyabr müqaviləsinin şərtlərini qəbul etsələr və soydaşlarının yenidən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində qonşu kimi yaşamalarına hazırlaşsalar ağıllı addım olardı. Onlar bunu qəbul etməlidir. İndiyədək aparılan sülh danışıqlarında tutduqları mövqeyə görə, bir sıra şanslarını itirdilər”.

Pərviz Həşimli
Gununsesi.info