Haiti adasında “Metyu” qasırğasının qurbanlarının sayı 1000 nəfərə çatıb.
Gununsesi.info-nun məlumatına görə, bu barədə xəbəri “Reuters” agentliyi yayıb.
Son dəfə ölənlərin sayının 877 nəfər olduğu açıqlanmışdı. Qasırğa nəticəsində yüzlərlə insanın həyatını itirməsi ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib. Təbii fəlakətlə əlaqədar oktyabrın 9-a təyin edilmiş prezident və parlament seçkiləri təxirə salınıb.
Dağıdıcı qasırğadan sonra Haitidə vəba xəstəliyi sürətlə yayılmağa başlayıb. “Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır.
Gununsesi.info