“Metyu” qasırğası qurbanlarının sayı 842-yə nəfərə çatdı

  • By admin
  • 07 Oktyabr 2016 22:07

metyu

Haiti adasında “Metyu” qasırğasının qurbanlarının sayı 842-nəfərə çatıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə xəbəri “Reuters” agentliyi yayıb.

Son dəfə ölənlərin sayının 572 nəfər olduğu açıqlanmışdı.

“Metyu” 2007-ci ildən bəri Atlantik okeanındakı ən şiddətli qasırğa sayılır. Qasırğa ABŞ-ın Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarına yaxınlaşır. Artıq ABŞ prezidenti Florida və Cənubi Karolinada fövqəladə vəziyyət elan edib.

Gununsesi.info