Mey Consonu vəzifədən uzaqlaşdırmaq istəyir

  • By admin
  • 07 İyul 2018 11:02

Böyük Britaniya baş naziri Tereza Mey xarici işlər naziri Boris Consonu ölkənin Avropa Birliyindən çıxması ilə bağlı mübahisələr səbəbindən vəzifədən uzaqladırmaqla hədələyib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı “The Times” nəşri məlumat verib.

Bildirilib ki, Mey Consondan Brexitlə bağlı təkliflərinin qəbul olunmasını tələb edir.

Xatırladaq ki, Brexitin əsas tərəfdaşlarından biri Boris Conson olub. 2017-ci ildə London və Brüssel Britaiyanın AB-dən çıxma şərtlərinin müzakirəsinə başlayıb.