Meydan TV əməkdaşlarının evində axtarış aparılıb

  • By admin
  • 06 Dekabr 2024 21:44

Meydan TV-nin saxlanılan bir qrup əməkdaşının – Aytac Tapdıq, Xəyalə Ağayeva, Aynur Elgünəş, Ramin Deko və Natiq Cavadlının mənzilində axtarış aparılıb.

Gununsesi.info xəbər verir ki, BŞBPİ-nin əməkdaşlarının apardığı axtarış zamanı jurnalistlərin evindən kompüter və telefonları götürülüb.

DİN-in məlumatına görə, jurnalist Ramin Dekonun (Cəbrayılzadə) ölkəyə xaricdən pul gətirməsinə dair əsaslı şübhələr olduğundan onlar saxlanılıb.

 

Gununsesi.info