Meydana 7 futbolçu ilə çıxdılar – VİDEO

  • By admin
  • 11 May 2021 22:44

Boliviya çempionatının 7-ci turunda “Stronqest”lə qarşılaşan “Royal Pari” oyuna 7 futbolçu ilə çıxıb.

Gununsesi.info xəbər verir ki, yarışın lideri futbolçularının koronavirusa yoluxması səbəbindən bu çətinliklə üzləşib.

Artıq görüşün 8-ci dəqiqəsində meydan sahibləri azlıqda olan rəqibinin qapısından 3-cü topu keçirib. Daha sonra qonaqların müdafiəçisi zədələnib və oyunu tərk etməli olub. Bundan sonra komanda 6 oyunçu ilə qalıb və qaydalara görə matça davam edə bilməyiblər. Beləliklə, meydan sahibləri qələbə qazanıb.

Bu nəticədən sonra “Stronqest” xallarını 16-ya çatdıraraq liderliyə yüksəlib.

Gununsesi.info