Meydana girərək futbolçunu bir təpiklə yerə sərdi – Video

  • By admin
  • 04 Dekabr 2017 20:43


Türkiyə Regional Həvəskarlar Liqası 2-ci qrupunda “62 Pertekspor” – “Adıyaman 1954 Spor” matçında dava düşüb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, matçın 56-cı dəqiqəsində meydana daxil olan bir nəfər “Adıyaman 1954 Spor”un kapitanı Mehmet Əli Yakışıka təpik atıb.

Ə.Yakışık aldığı zərbənin təsirindən yerə sərilib. Dərhal polislər meydana daxil olaraq həmin şəxsi yaxalayıblar.

Oyun 8 dəqiqəlik fasilədən sonra yenidən davam edib.

Xəsarət alan futbolçu isə matçdan sonra xəstəxanaya yerləşdirilib.

Gununsesi.info