Meymun əsəbləşib uşağı dişlədi

  • By admin
  • 23 Sentyabr 2016 11:42

meymun

Evdən qaçan meymun parktda oynayan 6 yaşlı uşağı dişləyib.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 6 yaşlı Ömər Tuna anası Nuran Tuna ilə birlikdə İstanbulun “Fındıkzade” parkında istirahət edərkən meymunun hücumuna məruz qalıblar. Ö.Tunanı meymunun hücumundan parkdakı vətəndaşlar və anası xilas edib. Xəsarət alan Ö.Tuna dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, uşaq psixoloji travma keçirib.
N. Tunanın Gürcüstan əsilli qonşusu N.T. ötən aylarda Edirnədə fəaliyyət göstərən zoo mağazaların (Pet Shop) birindən bir ədəd meymun alıb. O, aldığı meymunu evdə saxlayırmış.
Hadisə ilə bağlı N.Tuna prokurorluğa meymunun sahibindən şikayət edib.
Hazırda faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info