
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) “meymun çiçəyi” xəstəliyinə 92 təsdiqlənmiş və 28 şübhəli yoluxma halı barədə məlumat daxil olub.
Gununsesi.info xəbər verir ki, bu barədə ÜST-nin tviter səhifəsində qeyd olunub.
“Yoluxma halları dünyanın 12 ölkəsində qeydə alınıb. “Meymun çiçəyi” xəstəliyinin endemik olduğu bölgələrə səyahətlə yoluxmalar arasında hər hansı əlaqə müəyyən edilməyib” – məlumatda deyilir.
Gununsesi.info