Meymunçiçəyindən ölənlərin sayı açıqlanıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bugünədək dünya üzrə meymunçiçəyi virusundan 3 nəfərin öldüyünü bildirib.

Gununsesi.info xəbər verir ki, qurumun verdiyi yazılı açıqlamada 1 yanvar – 4 iyul tarixləri arasında epidemik və qeyri-epidemik olduğu ölkələrdə meymunçiçəyi xəstəliyinin yayılması ilə bağlı məlumatlar yenilənib.

HTML tutorial

Açıqlamada bildirilib ki, 59 ölkədə 6 min 27 yoluxma hadisəsi və meymunçiçəyi səbəbindən 3 ölüm faktı qeydə alınıb. Yoluxma sayının artması bir çox ölkədə ciddi narahatlıq doğurduğu üçün ÜST bundan sonra hər 2 həftədən bir meymunçiçəyi statistikasını yeniləyəcək.

ÜST-ün baş direktoru Dr. Tedros Adanom Qebreyesus mətbuat konfransında bildirib ki, testlə meymunçiçəyi hallarının müəyyən edilməsində hələ də bəzi çətinliklər var, buna görə də bir çox yoluxma halları rəsmi olaraq qeydə alına bilmir.

Gununsesi.info