Meymunçiçəyi Gürcüstana çatdı

  • By admin
  • 16 İyun 2022 09:45

Gürcüstanda meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, xəstənin vəziyyəti yüngül olub və o, artıq ilkin müalicə kursu keçərək evə buraxılıb:

“Laboratoriya testləri meymunçiçəyi virusuna ilk yoluxma faktını təsdiqləyib. Virusa yoluxan şəxsdə xəstəliyin yüngül forması qeydə alındı və müvafiq müalicədən qısa müddət sonra evə buraxılıb. Onun Avropaya səyahət tarixi var. Ünsiyyətdə olduğu şəxslər də monitorinq edildi və onların heç birində klinik əlamət aşkar edilməyib”,-deyə məlumatda qeyd olunub.

Gununsesi.info