Meymunun qıza sataşması 20 nəfərinin ölümünə səbəb oldu -LİVİYADA ŞOK OLAY

  • By admin
  • 22 Noyabr 2016 13:22

meymuin

Liviyanın Sabha şəhərində meymunla bağlı insidentdən sonra klanlar arasında baş vermiş atışmada azı 20 adam ölüb, yerli xəbərlərdə deyilir. Məlumata görə, meymun məktəbli qıza hücum etdikdən sonra onun ailəsi qisas alıb və meymunla birlikdə 3 kişini öldürüb. Avlad Suleyman və Guedadfa klanları arasında savaş günlərlə davam edib. Ölənlərin sayı, çox güman ki, daha çoxdur, çünki hələlik Avlad Suleyman qəbiləsinin itkiləri barədə xəbərlər var.

Məlumatlarda, döyüş zamanı tanklar, raketlər, minomyotlar və ağır silahlardan istifadə edildiyi və azı 50 adamın yaralandığı deyilir. Meymunu, hücum zamanı əlində gəzdirən üç kişi Guedadfa icmasındandır. Bu, Liviyanın mərhum lideri Müəmmar Qəddafinin qəbiləsidir. Bəzi məlumatlara görə, meymun qızın başından örtüyünü açıb, onu cırmaqlayıb və dişləyiB.

İki qəbilə arasında münasibətlər uzun illərdir ki, gərgindir. Sabha silahların və miqrantların qaçaq yollarla hərəkəti üçün mərkəz hesab olunur.

Polkovnik Qəddafi 2011-ci ildə münaqişə nəticəsində devrildikdən sonra Liviyada xaos yaşanır.

liv

Gununsesi.info