“Meyvəli” bazarın yaxınlığında 55 yaşlı qadını vurdular

  • By admin
  • 25 Yanvar 2017 22:15

qeza

 

Bakının Qaradağ rayonu ərazisində yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Lökbatan qəsabəsi ərazisində, “Meyvəli” bazarın yaxınlığında qeydə alınıb. Yolu keçmək istəyən 55 yaşlı Səmayə Əliyeva naməlum avtomobil tərəfindən vurulub. Qadın ağır yaralı halda xəstəxanaya çatdırılıb.

Əməliyyat olunan qadının bəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info