“Meyvəli” bazarına gedən ailə dəhşət yaşadı – ÖLƏNLƏR VAR

  • By admin
  • 01 İyun 2021 11:18

Ötən ilin iyul ayının 16-da Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 2 nəfərin ölümü, 5 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info xəbər verir ki, Hökməli qəsəbə sakini Kamil İbadovun idarə etdiyi “VAZ-21099”la törətdiyi qəza ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı zamanı onun avtomobili saatda 70 kilometr sürətlə idarə etdiyi məlum olub. Belə ki, Kamil Sadıqov günün qaranlıq vaxtı idarə etdiyi maşınla hərəkətdə olarkən qarşıdan gələn nəqliyyat vasitəsinin işığının onun gözünə düşməsi səbəbindən maşını Bakı şəhər sakini Elxan Sadıqovun idarə etdiyi “VAZ-21074” markalı avtomobilə çırpıb. Nəticədə E.Sadıqov və K.İbadovun sərnişini – anası Şahzadə hadisə yerində ölüb, E.Sadıqovun 4 sərnişini, habelə Kamil İbadov xəstəxanaya yerləşdiriliblər.

Məlum olub ki, həmin gün işdən evə gələn Kamil anasının istəyi ilə onunla birlikdə bazarlıq etmək üçün “Meyvəli” bazarına yola düşüb. Hadisə də onlar evdən çıxıb bir qədər irəlilədikdən sonra baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsi K.İbadov barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Onun cəzasının məntəqə tipli müəssisədə çəkməsinə qərar verilib.