ARB TV-nin “Məşhurla bir gün” proqramının budəfəki qonağı məşhur meyxana ustadı Orxan Lökbatanlı olub.
Gununsesi.info-nun məlumatına görə, meyxanaçı bu sənətin qadınlara xas olmadığını bildirib:
“Meyxana xanıma xas olan sənət deyil. Onlar meyxana demirlər, musiqili meyxana oxuyurlar. O, meyxana deyil. Meyxana kişiyə xas olan sənətdir. Mən hansısa xanım meyxanaçı ilə deyişim, gülməli gəlir. O, xanım 3 nəfərin alqışı ilə elə bir söz deyər ki, mənim qanacağım yol verməz ki, artıq söz deyəm ona. Hamının da fikri o olar ki, Orxanı xanım meyxanaçı bağladı. Xanım meyxanaçı adama qəribə gəlir”.
Gununsesi.info