
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın vəfatı ilə bağlı mərhumun ailəsinə və Azərbaycan xalqına başsağlığı verib.
Gununsesi.org “Report”a istinadən xəbər verir ki, o bunu Türkiyədə QHT rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə çıxışı zamanı çatdırıb.
Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumun cənazəsi doğma Kələki kəndinə (Naxçıvan Muxtar respublikası, Ordubad rayonu) aparılıb.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiz