MHP-yə “FETÖ”-çülər sızıb? – İKİ FƏRQLİ YANAŞMA: YALÇINLA KARATAŞ QARŞI-QARŞIYA GƏLDİ

  • By admin
  • 22 May 2017 21:05

 

mhpli-semih-yalcin-hdpliler-kravatli-teroristlerdir

Dünən Türkiyədə hakim partiya olan AKP ilə ölkənin ikinci əsas müxalifət partiyası sayılan MHP-də hərəkətli anlar yaşanıb.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, belə ki, MHP-nin 41 il(şəhər-rayon) təşkilatında konqrelər keçirilib.

MHP sədrinin müavini Semih Yalçın 41 təşkilatda keçirilən konqrelərin daha çox partiyada, onun yerli qurumlarında “təmizləmə” işlərinin aparılması məqsədli olduğunu deyib.

O, xüsusilə qeyd edib ki, MHP-yə sızan “FETÖ”-çülərin təşkilat sıralarından təmizləməsinə ehtiyac vardı.

S.Yalçın bu baxımdan keçirilən konqrelərin öz məqsədinə çatdığını sözlərinə əlavə edib.

MHP rəsmisi məlum tədbirlərinin AKP-nin 3-cü növbədənkənar qurultayı ilə bir günə düşməsinin də sırf təsadüfi xarakter daşıdığını iddia edib.

“Konqrelərin iyunda keçirilməsi nəzərdə tutulurdu. Amma Ramazan ayının yaxınlaşması ilə əlaqədar vaxtda dəyişiklik etdik və konqrelərin mayın 21-də keçirilməsinə qərar verdik. Yəni, bu, sırf təsadüfi bir məsələdir”-deyə, MHP rəsmisi daha sonra deyib.

iste_mhp_istanbul_un_yeni_il_yonetimi_h62826_9fc6f

Ancaq MHP-nin İstanbul şəhər təşkilatının başqanı Mehmet Bülent Karataş S. Yalçının iddiası ilə razılaşmayıb.

O, MHP-də “FETÖ”-cülərin olmadığını və ola bilməyəcəyini söyləyib.

“Olsalar da, yox kimi bir şeydirlər”-deyə, o, fikirlərini belə tamamlayıb.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info