MHP yenə Ərdoğanı seçdi - ƏRDOĞAN PREZİDENTLİYƏ NAMİZƏD OLACAQ

  • By admin
  • 07 Fevral 2022 11:32

“Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə keçiriləcək prezident seçkilərində Xalq Alyansının namizədi olacaq”.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə Milli Hərəkat Partiyasının (MHP) sərdi Dövlət Baxçalı bildirib.

Qeyd edək ki, ölkədə növbəti prezident və parlament seçkiləri 2023-cü ilin iyununda keçiriləcək. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milli Hərəkat Partiyası (MHP) daha əvvəl Xalq Alyansı yaradıb. Alyansın namizədi Ərdoğan olacaq.

“Prezidentliyə namizədimiz bəllidir, bu Rəcəb Tayyib Ərdoğandır. İnanıram ki, cənab Ərdoğan 2023-cü ilin iyununda keçiriləcək seçkilərdə böyük fərqlə qalib gələcək, Xalq Alyansı da yeni qələbə qazanacaq”.

Xatırladaq ki, bundan əvvəlki seçkidə də Ərdoğan MHP -nin dəstəyini alıb.

Bununla MHP-nin AKP hökumətinin yanında durması partiyadan böyük itkilərə səbəb oldu.

Gununsesi.info