Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus “Mi-24” hərbi helikopteri vurulması ilə bağlı müxtəlif xəbərlər yayılır.
Qeyd edək ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuşu həyata keçirdiyi deyilib.
Gununsesi.info Rusiya KİV-lərinə istinadən bildirir ki, "Mi-24" hərbi helikopteri
Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının konvoyunu müşayiət edirmiş.