Mi-8 helikopterinin rus pilotunun qətli: KİV İspaniya kəşfiyyat xidmətlərinin versiyasını AÇIQLADI

  • By admin
  • 22 Fevral 2024 18:24

Rusiyanın keçmiş Mi-8 pilotu Maksim Kuzminov İspaniyada Moskvanın göndərdiyi peşəkar killerlər tərəfindən öldürülüb.

Gununsesi.info-nun xəbərinə görə, “El Pais” nəşri yazır ki, İspaniyanın kəşfiyyat xidmətləri qətlin arxasında “Kremlin əli”nin dayandığına şübhə etmir. Moskva qəsdən fərarinin qətlini ictimailəşdirir ki, bu, başqalarına nümunə olmalıdır. Eyni zamanda, ekspertlər arasında yeganə şübhə əməliyyatı kimin həyata keçirməsidir: Xarici Kəşfiyyat Xidməti, Federal Təhlükəsizlik Xidməti və ya Rusiyanın Hərbi Kəşfiyyat Xidməti.

Qeyd edilir ki, onlardan hər hansı birinin iştirakına dair sübut tapmaq çətindir, çünki cinayəti artıq xaricdə olan silahlı əcnəbilər (ehtimal ki, sifarişli qatillər) törədə bilərdilər.

Kuzminovun üzərində güllə yarası olan meyiti fevralın 13-də Villajoyosadakı yaşayış kompleksinin qarajında ​​tapılıb. Qatillər daha sonra qonşu El Kampello şəhərində yanmış vəziyyətdə tapılan meyitin üzərindən avtomobillə keçiblər. Mülki Qvardiya əvvəlcə cinayətkar qruplaşmalar arasında hesablaşmanın olduğuna inanırdı.

Diplomatik mənbələr jurnalistlərə bildiriblər ki, Rusiya hakimiyyətinin iştirakı təsdiqlənərsə, İspaniya “qətiyyətli cavab” verəcək. Sui-qəsdə hazırlıq zamanı rus agentləri pilotun kimliyini müəyyən etməli və onun cədvəlini və vərdişlərini öyrənmək üçün onu izləməli idilər. Rusiya xüsusi xidmət orqanlarının işi ilə tanış olan insanlar deyirlər ki, onlar tez-tez İspaniyada yaşayan ruslarla (onların sayı 80 mindən çoxdur) və mafioz təşkilatlarla əməkdaşlığa əl atırlar.

Bundan əlavə, bildirilib ki, Kuzminov ən çox rus əhalisinin (17500 nəfər) yaşadığı əyalətdə yaşamağı seçməklə səhv edib. 2022-ci ilə kimi Villajoyosada 600 rus və 300-dən çox ukraynalı qeydiyyata alınıb.

İspaniyada müalicə alan Ukrayna hərbçiləri və yaralılar ölkənin himayəsindədir. Bununla belə, Kuzminov müstəqil olaraq Alikante sahillərində məskunlaşmaq qərarına gəlib. İspaniya kəşfiyyat xidmətləri onun gəlişindən xəbərsiz olub. Bəzi məlumatlara görə, Rusiya xüsusi xidmət orqanlarını ona aparan ipucu onun Rusiyadakı keçmiş sevgilisinin zəngi olub.

Xatırladaq ki, ötən il rusiyalı pilot ekipajla birlikdə Mi-8AMTSh hərbi-nəqliyyat helikopterini Ukraynaya qaçırıb. O, müsahibəsində Ukraynaya qarşı müharibədə iştirak etmək istəmədiyini bildirib.

Ötən gün Rusiya və xarici KİV-lər Kuzminovun cəsədinin İspaniyada tapıldığını, onu güllə ilə vuraraq, avtomobillə üzərindən keçildiyi bildirib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Kuzminovun ölümünü təsdiqləyib. Eyni zamanda, bildirilib ki, pilota Ukraynada qalmaq təklif olunub.

 

Gununsesi.info