
Yunanıstanın mərkəz sağçı Yeni Demokratiya partiyasının lideri, keçmiş Baş nazir Kiriakos Miçotakis bazar günü keçiriləcək seçkilərə günlər qala seçicilərinin marağını çəkmək üçün millətçi çıxışlarını artırmaqdadır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Miçotakis Türkiyənin Gümülcine Baş konsulluğunun 21 mayda keçirilən seçkilərə müdaxilə etməsi iddiasını gündəmə gətirib.
Miçotakis seçkiləri qazanacağı durumda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ehtimal bir görüşməsində bu mövzunu ələ alacağını söyləyib.
Yunan siyasətçi “Türkiyə Qərbi Trakiyadakı azlıqların təcrid olunmasını və Gümülcinedəki konsulluğu tərəfindən manipulyasiya edilməsini istəyir. Trakiyada olanlar hərəkətvari şəkildə yenidən dəyərləndirilməlidir.
Seçkilərdən sonra bu mövzunu Prezident Ərdoğanla açıq-açıq danışacağam”.
Tərcümə: Arzu