Microsoft son kəşfiyyat hesabatında, İranın yaxınlaşan ABŞ seçkilərini təsir etmək məqsədi daşıyan onlayn fəaliyyətləri gücləndirdiyini irəli sürüb. İran isə bu iddianı rədd edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, şirkət iranlı şəxslərin aylardır saxta xəbər saytları yaratdıqlarını, fəalları təqlid edərək, seçicilərə təsir etmək üçün potensial zəmin yaratdığını aşkar etmişdir.
İran isə ABŞ-dakı prezident seçkilərinə müdaxilə və ya kiberhücum hazırlama iddialarını rədd edib.
İranın Birləşmiş Millətlər (BM) missiyası etdiyi açıqlamada İranın kiber imkanlarının hücuma deyil, müdafiəyə yönəldiyini bildirib. Daha sonra qeyd edilib ki, “İranın kiber imkanları müdafiə xarakterlidir. İranın kiberhücum etmək kimi bir niyyəti və ya planı yoxdur. ABŞ prezident seçkiləri İranın müdaxilə etmədiyi daxili məsələdir”.
Günel
Gununsesi.info