“Microsoft”un gəliri azalıb

  • By admin
  • 20 İyul 2016 11:08

microsoft

 

Texnologiya nəhəngi “Microsoft”un illik gəliri 2009-cu ildən bu vaxtadək ilk dəfə azalıb.

Gununsesi.info  xəbər verir ki, şirkətdən edilən şərhdə 2016-cı maliyyə təqviminin sonuncu rübü olaraq qəbul edilən aprel-iyun aylarında “Microsoft”un gəlirinin ötən illə müqayisədə 8,8 faiz azalaraq 85,3 milyard dollar olduğu bildirilir. Şirkət 2015-ci maliyyə ilində ümumi gəlirinin 93,6 milyard dollar olduğunu açıqlamışdı.

Şirkətin xalis mənfəəti isə 7,7 faiz azalaraq 16,8 milyard dollara geriləyib. “Microsoft” keçən il 18,2 milyard dollar xalis mənfəət əldə edib.

Gununsesi.info