MİDA-nın satış prosesindən NARAZILIQ: 4 saniyəyə...

  • By admin
  • 30 Mart 2022 14:53

“Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib. Satışdan öncə iddiaçıların onlayn satış prosesini test etməsi üçün 1 ay müddətində demo versiya aktiv olub. Bu gün baş tutan onlayn satışın yekunu ilə bağlı sosial mediada müəyyən narazılıqlar müşahidə olunur. Əvvəlkilərdən fərqli olaraq satışın hətta 4 saniyə müddətində gerçəkləşdiyi, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi bildirilir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib.

“Xatırladıram ki, onlayn satış prosesini xeyli sayda dövlət qurumları və beynəlxalq qurum izləyir. Əvvəllər mən də bir neçə dəfə müşahidəçi olaraq bu prosesi izləmişəm. Prosesin təkmilləşdirilməsi və şəffaflığın artırılması üçün təkliflər təqdim etmişik. Bu gün baş tutan onlayn satışa müşahidəçi olaraq dəvət edilməmişik. Ümid edirəm, MİDA bu gün baş tutan satış haqqında, narazılıqlar haqqında ətraflı məlumat verəcək” – O.Gündüz əlavə edib.

Gununsesi.info