Mikayıl Cabbarov: “Bu il Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi 26% artıb”

  • By admin
  • 02 Dekabr 2019 20:25

“Bu günə qədər Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycana 2,2 mlrd. ABŞ dolları investisiya qoyub. Azərbaycan isə bu ölkəyə 347 mln. dollar sərmayə yatırıb”.

Gununsesi.org xəbər verir ki, bu fikirləri Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin yaranmasının 48-ci ildönümü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda deyib.

Onun sözlərinə görə, bu il iki ölkə arasında ticarət dövriyyəsi 26% artıb: “2018-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 38% artaraq 54,4 mln. dollar, bu ilin ilk 10 ayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% artaraq 57 mln. dollara çatıb”.

Nazir həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyinə görə BƏƏ-yə minnətdarlığını bildirib.

 

Gununsesi.org