Mikayıl Cabbarov Qarabağın bərpasından danışdı

  • By admin
  • 10 Sentyabr 2021 12:05

“Azad edilmiş Azərbaycan ərazilərində infrastrukturun bərpası istiqamətində işlər aparılır. Qarabağın azad edilməsi yeni perspektivlər və yeni çağırışlar ortaya çıxarıb”.

Gununses.info-un məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında deyib.

M.Cabbarov qeyd edib ki, artıq Ağdam sənaye parkının yaradılması başlanılıb:

“Torpaqlarımızın azad edilməsi nəticəsində Zəngəzur dəhlizi və Naxçıvanla, Türkiyə ilə birbaşa kommunikasiya, eləcə də Mərkəzi Asiya bazarlarına çıxış barədə danışa bilərik. Bizim bütün layihələrimiz dünya səviyyəli innovativ həllərə uyğun reallaşdırılacaq”.

Gununsesi.info