
“Bu ilin yanvar-aprel aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,2% artaraq 1 milyard 187,2 milyon dollar təşkil edib”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
“Son dövrlərdə qeyri-neft sektorunun ixrac imkanlarının getdikcə artması iqtisadiyyatın şaxələnməsinin mühüm göstəricilərindən biridir”, – deyə nazir əlavə edib.
Gununsesi.info