Mikayıl Cabbarov: “Tikinti sektorunda əlavə dəyər 12,5 faiz təşkil edir” - FOTO

“Bu ilin yanvar-sentyabr ayları ərzində ÜDM-in (ümumdaxili məhsulun) müxtəlif sahələrində əlavə dəyər 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə artıb”.

Gununsesi.info xəbər verir ki, barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında yazıb.

“Bu göstərici turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 26%, informasiya və rabitə sahəsində 14,7%, tikintidə 12,5%, emal sənayesində isə 9,4% təşkil edib”, – nazir paylaşımda bildirib.