Mikayıl Cabbarovun həbs edilən işçiləri hakim qarşısına çıxarılır

  • By admin
  • 17 Aprel 2023 16:59

AAzərbaycanda rüşvət almaqda günahlandırılan 19 vəzifəli şəxs hakim önünə çıxarılır.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Söhbət İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti, bəzi rayon icra hakimiyyətlərinin vəzifəli şəxsləri və bələdiyyə sədrlərindən gedir. Onlar haqqında cinayət işinin istintaqı yekunlaşıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və başqa maddələri ilə ittiham edilirlər.

Bununla bağlı prokurorluğun məlumatında adları çəkilən şəxslərin özləri və vəkillərinin ittihamlara münasibəti bəlli deyil.

 

Mais

Gununsesi.info