Mikayıl Müşfiq küçəsində rənglənmə işləri aparılır

  • By admin
  • 18 Aprel 2017 10:52

road_closed_azeravtoyol_310317

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Yasamal rayonu Mikayıl Müşfiq küçəsində müvafiq işlər aparılır.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən Gununsesi.info-ya verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

“Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Gununsesi.info