Mikayıl Müşviq ikinci dəfə “güllələndi” - "Azəryolservis" nakam şairin abidəsini yerlə-yeksan etdi

  • By admin
  • 27 Fevral 2017 12:39

mikayil-abide

“Azəryolservis” ASC Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadan görkəmli Azərbaycan şairi Mikayıl Müşviqin Bakıdakı abidəsini dağıdıb.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda virtualaz.org-a Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov məlumat verib.

Bundan başqa, vandalizm aktı Mədəniyyət Nazirliyi tərəfindən qadağalara baxmayaraq törədilib.

“Abidəni hər hansı icazə olmadan dağıdıblar. Bu hiddət doğuran hadisə ilə əlaqədar biz məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyik” – deyə, o, vurğulayıb.

mikayil-abude-2

Gununsesi.info