Cənubi Amerika ölkəsi Boliviyada mikroavtobusun dərəyə yuvarlanması nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, mikroavtobus La Pazın Koroiko qəsəbəsindəki Los Yunqas şossesində təxminən 200 metrdən dərəyə yuvarlanıb.
Qəzada 6 nəfər ölüb, bəziləri ağır olmaqla 7 nəfər yaralanıb. Yaralılar bölgədəki xəstəxanalara çatdırılıb.
Rəsmilər sıx duman səbəbindən görmə qabiliyyətinin ciddi şəkildə azaldığını bildirib.
Rəsmi rəqəmlərə görə, ilin əvvəlindən ölkədə baş verən yol qəzalarında 1400-dən çox insan həlak olub, 40 mindən çox insan xəsarət alıb.
Gununsesi.info