Meksikanın Gerrero və Sonora ştatlarında silahlı hücumlar nəticəsində azı 9 nəfər ölüb.
Gununsesi.info xəbər verir ki, Meksika mətbuatının məlumatına görə, Çilpansinqo şəhərində şossedə mikroavtobusa edilən hücumda 5 nəfər, Sonora əyalətinin Kaborka şəhərində isə 4 fermer həlak olub.
Hücumlar nəticəsində 7 nəfər yaralanıb, təhlükəsizlik qüvvələri cinayətkarların tutulması üçün genişmiqyaslı əməliyyata başlayıb.
Hadisə yerinə çoxlu sayda polis əməkdaşları göndərilib.
Prokurorluq hücumlarla bağlı araşdırmalara başlayıb.
Gununsesi.info