Mikroavtobusla yük maşını toqquşdu, xəsarət alanlar var

  • By admin
  • 05 Oktyabr 2019 19:41

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesiorg-un məlumatına görə, hadisə rayonun Muğan qəsəbəsində qeydə alınıb. 60-BV-922 dövlət qeydiyyat nişanlı “Ford” markalı sərnişin mikroavtobusu 99-SN-244 “Mercedes” markalı yük maşını ilə toqquşub.

Nəticədə mikroavtobusda olan sərnişinlərdən üçü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər yaralıların vəziyyətinin orta-ağır olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesiorg