Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən profilaktik tədbirlər  zamanı sərxoş vəziyyətdə mikroavtobus idarə edən M.Əmirov saxlanılıb.

Gununsesi.infonun məlumatına görə, araşdırmalar zamanı onun nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq kateqoriyasının olmadığı da müəyyən edilib.

Sürücü barəsində  qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Əmirov 30 sutka inzibati qaydada həbs edilib.

Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi

 

Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildi

 

Gununsesi.info