Mikroavtobusun çaya aşması nəticəsində 10 nəfər həlak oldu - TACİKİSTANDA

  • By admin
  • 28 Avqust 2017 20:16

tacikk

Tacikistanın cənub-şərqində yol qəzası nəticəsində 4-ü uşaq olmaqla 10 nəfər həlak olub.

Gununsesi.info xarici mediaya istinadla xəbər verir ki, hadisə Roştkala-Xoroq istiqamətində hərəkət edən mikroavtobusun Şoxdar çayına aşması nəticəsində baş verib.

İlkin məlumata görə, qəza içərisində 13 sərnişinin olduğu mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib. Digər üç sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Gununsesi.info