“Milan”ın qapıçısı irqçiliyə məruz qalıb

  • By ilhame
  • 21 Yanvar 2024 11:59

İtaliyanın “Milan” klubunun qapıçısı Mayk Menyan irqçiliyə məruz qalıb.

 

Gununsesi.info xəbər verir ki, hadisə komandanın “Udineze”ni səfərdə məğlub etdiyi A Seriyasının XXI tur oyununda baş verib.

 

Qarşılaşmanın ilk hissəsində azarkeşlər fransalı qolkiperi fitə basıblar və meydana əşyalar atıblar. Bu səbəbdən baş hakim Fabio Mareska 32-ci dəqiqədə görüşü bir müddətlik dayandırıb. Mayk Menyan isə paltardəyişmə otağına yollanıb.

 

Daha sonra matç bərpa olunub və “Milan” 3:2 hesablı qələbə qazanıb.

Gununsesi.info