“Millət edam hökmünün bərpasını tələb edir” – Ərdoğan

  • By admin
  • 13 Sentyabr 2016 19:55

erdogan

 

“Millət edam hökmünün yenidən tətbiq olunmasını tələb edir”. 

HTML tutorial

Gununsesi.info-nun verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə “79 milyon bir bayraq altında” adlı tədbirdə bildirib.

O qeyd edib ki, əgər Türkiyə Böyük Millət Məclisi bununla bağlı qərar qəbul edərsə, kimsənin ona qarşı çıxmaq səlahiyyəti yoxdur: “Avropalı bəzi liderlər deyirlər ki, siz edamı müdafiə edirsiniz. Mən də onlara cavab verdim ki, bunu millət istəyir. Parlament qərar çıxarsa, siz buna qarışa bilməzsiniz”.

Fətullahçı Terror Təşkilatının (FETÖ) bu il iyulun 15-də dövlət çevirilişinə cəhddən danışan R.T.Ərdoğan deyib ki, bu çox böyük oyundur: “İyulun 15-də baş verənlər bu oyunun sonu deyil, bir mərhələsidir. İraqı, Əfqanıstanı, Liviyanı, Misiri qarışdırdılar. Millətimiz bizdən bu oyunu kökündən pozmağımızı istəyir”.

 

Gununsesi.info