Millət vəkili: "Hər şey möhtəşəm idi: Vətənimlə, Ölkəmlə, Prezidentimlə qürur duyuram!"

  • By admin
  • 13 May 2017 12:09

sona-sona

Daha bir millət vəkili dünən rəsmi açılış mərasimi keçirilən 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı öz fikirlərini sosial şəbəkə vasitəsilə açıqlayıb.

Gununsesi.info-nun xəbərinə görə, hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Sona Əliyeva da İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi çox müsbət və əlamətdar hadisə kimi dəyərləndib.

islamiada-3

O, Azərbaycanın bu idman yarışmasına da layiqincə evsahibliyi edəcəyi qənaətindədir.

“Vətənimlə, Ölkəmlə, Prezidentimlə qürur duyuram!

IV İslam Həmrəyliyi oyunlarının açılış mərasimi möhtəşəm idi!”-deyə, o, sözlərinə əlavə edib.

KAMİL

Gununsesi.info