Millət vəkili Tovuz və Gədəbəydən olan şəhid və qazilərin evində FOTO

  • By admin
  • 04 Yanvar 2021 09:17

104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Arzu Nağıyev 02-03 yanvar tarixlərində Tovuz və Gədəbəy rayonlarında olub.

Gununsesi.info xəbər verir ki, millət vəkili ön xətdə əsgərlərlə görüşüb, onlara isti qış geyimləri təqdim edib.

Həmçinin A.Nağıyev Vətən Müharibəsi uğrunda canlarından keçərək qəhrəmanlığı ilə dillərə dastan olan şəhidlərin məzarını ziyarət edib, gül dəstələri qoyub. Bununla yanaşı, deputat Vətən Müharibəsi qaziləri ilə də görüşərək, onlarla söhbət aparıb.

Millət vəkili iyul döyüşlərində Tovuz rayonunun Dondar Quşçu kəndində mülki şəxslərin mənfur düşmən tərəfindən dağıdılmış evlərində aparılan yenidənqurma işləri ilə tanış olub və ev sahiblərilə görüşüb.

 

Qeyd edək ki, həmin evlərdə artıq tikinti işləri başa çatıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin.