Millət vəkili: “ASAN Xidmət” Azərbaycanın dünyaya təqdim etdiyi unikal bir layihədir”

  • By admin
  • 06 Sentyabr 2016 17:01
fazail ibrahimli
 
“ASAN Xidmət” Azərbaycanın dünyaya xalqa daha asan və rahat formada xidmət göstərmək üçün təqdim etdiyi unikal bir layihədir”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili Fəzail İbrahimli  Azərbaycan prezidenti İlham Əliyevin “ASAN Xidmət”in fəaliyətinin səmərəlilyinin artırılması ilə bağlı imzaladığı son sərəncamını şərh edərkən deyib.
Onun sözlərinə görə, elə qurumun adı da,  göstərdiyi fəaliyyətə uyğun formada seçilib. “Belə ki insanlar əziyyət çəkmədən və vaxt itirmədən  asan qaydad işlərini həll etsinlər. Elə qurum adına uyğun da fəaliyyət göstərir və  fəaliyyət müddəində bu adı doğruldaraq,  cəmiyyətdə özünü təsdiq edib”- deyə, millət vəkili vurğulayıb.
F.İbrahimli deyib ki, “ASAN Xidmət” haqqında ölkə başçısının dedilkərindən artıq nəsə demək fikri yoxdur: “Çünki ölkə başçısı artıq “ASAN Xidmət” haqqında öz yüksək fikrini bildirib. Məhz qurum fəaliyyətini təsdiq etdiyindən onun gələcək fəaliyyətinin səmərəliliyni təmin etmək və təkmilləşdirmək üçün əlavə vəsait ayırıb. Hesab edirəm ki, bu vəsait “ASAN xidmət”-in  fəaliyyətinə əlavə  stimul verməklə yanaşı işinin təkmilləşdirilməsinə, xidmət sahəsinin daha da genişləndirilməsinə gətirib çıxaracaq”.
Millət vəkili  gələcəkdə “ASAN Xidmət” özünü doğrultduğundan onun fəaliyyət dairəsinin daha da genişləndirilməsinin, həmçinin, ölkənin daha çox rayonlarında  fəaliyyət göstərməsinin zəruruliyini qeyd edib. “Hesab edirəm ki, “ASAN Xidmət”in  tədricən respublikanın  bütün rayonlarında mərkəzləri fəaliyyət göstərməlidir. İnsanlar  problemlərini həll etmək üçün vaxt itirmədən, əlçatan və asan formada  işlərini həll etməldirlər”- deyə, millət vəkili bildirib.
Mürtəza 
Gununsesi.info