XƏBƏR LENTİ

17 Fevral 2018

19 Avqust 2016 - 11:03

Millət vəkili: “Azərbaycan özünün dünya olimpiada hərəkatında iştirakına rekord vurdu”

aydin

“Azərbaycan özünün dünya olimpiada hərəkatında iştirakına rekord vurdu. İlk dəfə olaraq idmançılarımız 11 medal qazandılar ( boksda Sotomayarun medalının əyarı növbəti döyüşlərdə bilnəcək)”.

Gununsesi.info-nun məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə öz “Facebook” statusunda yazıb.

O, qeyd edib ki, ölkəmiz müstəqil dövlət kimi Olimpiadalarda 1992-ci ildən iştirak edir:

“İlk iki idman festivalında nəticələrimiz çox cüzi olub. Ancaq 1997-ci ildə cənab İlham Əliyev Azərbaycan Milli Olmpiya Komitəsinin prezidenti seçildikdən sonra uğurlarılmız artmağa başlayıb.

Bu dövlətimizin möhkəmlənməsi, idmana olan qayğının artması, idman qurğuılarının inşası ilə milyonlarla gənclərin idmana gəlməsi ilıə bağlı olub.

Aşağıdakı cədvəldə bu terndi açıq görmək mümkündür.

İl İdm. sayı İdm.növl. say. Qızıl. Güm. Bür. Cəmi

1992
(Barselona) 5 5 1 – 1 2

1996
(Atlanta) 20 9 – 1 – 1

2000
(Sidney) 31 8 2 – 1 3

2004
(Afina) 36 10 1 – 4 5

2008
(Pekin) 44 10 1 2 4 7

2012
(London) 53 15 2 2 6 10

2016
(Rio) 56 17 – 4 6 11

19-21 avqust tarixlərində isə növbəti mükafatların olması gözlənilir”.

Gununsesi.info