“Dünyada və regionda sülhün, siyasi sabitliyin qorunmasına, iqtisadi əməkdalşğın genişlənməsinə xidmət edən yeni formatlı tədbirlərin həyata keçirilməsində Azərbaycan təşəbbüskardır və evsahibliyini edərək ilkə imzalar atır”.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Azər Badamov “Üçlər” in görüşünə münasibətini bildirərkən dilə gətirib. Onun sözlərinə görə, belə görüşlərin keçirilməsindən görüş iştirakçıları da çox məmnun qalırlar. O, deyib ki, çünki Azərbaycanın təşəbbüsü ilə keçirilən görüşlər görüş iştirakçısı ölkələrin də maraqlarına uyğun gəlir.
“Avqustun 8-də Bakıda baş tutmuş dövlət başçıların üçtərəfli görüşü də yeni formatda birinci görüş idi. Azərbaycan-Rusiya- İran dövlət başçıları görüş zamanı çox aktual məsələlərə toxunaraq, bu məsələlərin həlli istiqamətində əl-ələ verərək birgə çalışmaların vacib olduqlarını bəyan ediblər. Cənab prezdent İlham Əliyevin sözləri ilə desək: ,, Azərbaycan, Rusiya və İranın üçtərəfli əməkdaşlığı regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcək, iqtisadi əməkdaşlıq, energetika , nəqliyyat sektorlarında üçtərəfli əməkdaşlıq xalqlarımızın rifah halının yaxşılaşmasını təmin edəcəkdir”.
Görüşlərin üçtərəfli formatda davam etdirilməsinin vacibliyindən danışılması, növbəti görüşün İranda keçirilməsinə təşəbbüş göstərilməsi dövət başçılarının Bakıdakı görüşündən məmnun qaldıqlarını və üçtərəfli görüşün böyük dəyərindən xəbər verir. Üçtərəfli görüşün Azərbaycan və region ölkələri üçün böyük əhəmiyyəti var və əsas üç istiqamətini qeyd etmək istəyirəm: ölkəmiz üçün əvəzolunmaz əhəmiyyətə malik Daglıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını Rusiya və İranın dəstəklədiklərini, münaqişənin həll olunmasında lazımı kömək göstərilməsinə hazır olduqlarını bildirdilər.
İkincisi, regionda həyata keçirilən, ölkələrimiz üçün böyük strateji əhəmiyyət kəsb edən iqtisadi layihələrin birgə həyata keçirilməsində maraqlı olduqlarını bildirdilər və bu baxımdan, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizin tikintisinin başa çatdırılması ölkələrimizin dünyaın siyasi- iqtisadi məkanında rolunu artıracaq. Üçüncüsü, dünyada siyasi və iqtisadi böhranların hökm sürdüyü bir zamanda ölkələrimizin yerləşdiyi regionda siyasi və iqtisadi sabitliyin möhləmlənməsində böyük rolu olacaq…”-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.
K. Həmzəoğlu
Gununsesi.info