Millət vəkili bir sıra beynəlxalq təşkilatların rəsmilərinə çağırış edib - FOTOLAR

  • By admin
  • 08 Yanvar 2018 10:54

Milli Məclisin deputatı Qənirə Paşayeva Beynəlxalq Biznes və Peşəkar Qadınlar Təşkilaatının prezidenti AMANY ASFOUR, Beynəlxalq Ticarət Təşkilatının rəsmi nümayəndəsi Vanessa Erogbagbo, AŞPA-nın Bərabərlik və Diskriminasiya Əlehinə Komitəsinin sədri Elene Centemeroilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.

Q.Paşayeva onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib.

O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır. Beynəlxalq Biznes və Peşəkar Qadınlar Təşkilaatının prezidenti AMANY ASFOUR, Beynəlxalq Ticarət Təşkilatının rəsmi nümayəndəsiVanessa Erogbagbo, AŞPA-nın Bərabərlik və Diskriminasiya Əlehinə Komitəsinin sədri  Elene Centemero da Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini deyərək münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.

Millət vəkili Q.Paşayeva görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib və onları ölkəmizə dəvət edib.

Gülnaz Qənbərli

Gununsesi.info