Millət vəkili: “Fransua Olland pula görə beynəlxalq hüquq normalarına tüpürməyə hazırdır”

  • By admin
  • 13 Fevral 2017 16:03
asim
İrəvanın destruktiv hərəkətləri nəzitcəsində son günlərdə Ermənistan-Azərbaycan cəbhəsində  vəziyytət günü-gündən  gərginləşməkdədir.  Azərbaycan Silahlı Qüvvələri hər həftə bir neçə erməni  diversiya qruplarının təxribatçı hərəkətlərinin qarşısını alır.  Azərbaycan ordusu erməni təxribatçılarının layiqli dərsini verir və onları itkilərə məruz qoyur. Lakin bununla belə Azərbaycan tərəfində də itkilər  olur.
Burada digər əsas məqam isə odur ki,  İrəvanın  havadarları onları cəbhə bölgəsində vəziyyəti daha da gərginləşdirməyə həvəsləndirir. Elə bir neçə gün öncə ATƏT Minsk qrupunun üç həmsədr ölkələrindən biri olan Fransanın prezidenti Fransua  Olland bu ölkədə yaşayan erməni diasporasının  nümayəndələri ilə görüşdə, Parisin münaqişənin həlli ilə bağlı üzərinə götürdüyü öhdəlikləri və beynəlxalq hüquq normalarını pozaraq, təcavüzkarın siyasətinə dəstək verib. Fransa prezidenti münaqişənin həlli ilə bağlı açıqlamasında deyib ki, Dağlıq Qarabağ  problemi burada yaşayan xalqın “özmüqəddəratını təyinetmə” yolu ilə həll olunmalıdır.
Məsələ ilə bağlı millət vəkillərinə müraciət etdik.
Millət vəkili Asim Mollazadə Gununsesi.info-ya açıqlamasında  deyib ki,  ermənilər hər gün atəşkəs rejimini  pozur  və təəssüflər olsun hərbçilər, mülki şəxslər bu atəşkəs rejiminin pozulmasının qurbanına çevrilir.
“Düzdür, Azərbaycanın  Silahlı Qüvvələri ermənilərin hər cür təxribatının qarşısını alır  və onların alyiqli cavabını verir. Buna baxmayaraq, Ermənistan öz siyasətində dəyişiklik etmir və İrəvan  beynəlxalq  hüquq normalarını pozmaqda davam edir. Burada artıq hansısa dondurulmuş münaqişədən getmir”- deyə, A.Mollazadə  vurğulayıb.
olland
“Ermənilərin   bu təxribatları  genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilərmi” sualına cavabında isə A.Mollazadə deyib ki, bu gün Silahlı Qüvvələrimiz yetərincə güclü olduğundan ermənilərin genişmiqyaslı hərbi əməliyyatlara  başlayacağına ümid etmir:
“Ancaq istisna da etmirəm.  Müstəqilliyini itirən Ermənistanın xarici havadarları ona əmr edəndə belə bir addıma gedə bilərlər. Hələlik bunun üçün  heç bir əsas yoxdur”.
Fransa prezidenti Fransa Ollandın  Ermənistan-Azərbaycan münaqişəsinin  tənzimlənməsi ilə bağlı səsləndirdiyi fikirlərə gəlincə, millət vəkili deyib ki,  Olland artıq iflasa uğramış bir siyasətçidir:
“O, partiyasının nüfuzunu bərpa etmək üçün erməni icması ilə görüşdə onlardan maliyyə dəstəyi almaq üçün beynəlxalq hüquq normalarına zidd olaraq, belə bir fikir səsləndirib.  Bu, bir daha onun daxili mahiyyətini göstərir. Maliyyəyə görə o beynəlxalq hüquq normalarını pozmağa və ona tüpürməyə hazır oldğunu göstərib”.
rasim
Millət vəkili Rasim Musabəyov isə Gununsesi.info-ya açıqlamasında  cəbhə xəttində yaranmış gərginliyin genişmiqyaslı hərbi əməliyyatlara keçməsini istisna etməyib:
“Elə keçən il də aprel döyüşləri öncəsi  cəbhə xəttində belə gərginlik yaranmışdı və nəticədə genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxardı. İndi münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin dondurulmasını  nəzərə alsaq, o zaman gərginlik bundan sonra daha da artacaq”.
Fransa prezidenti Fransua Ollandın səsləndirdiyi fikirlərə gəldikdə isə millət vəkili deyib ki, o, artıq pensioner olduğundan ağzına gələni danışır. “Onun artıq iki ay müddəti qalıb. Ondan sonra  prezident olmayacaq. Ona görə də belə məsuliyyətsiz fikirlər səsləndirir. Əgər  əvvəllər  dediyi sözüə görə hansısa reaksiya veriləcəyindən ehtiyatlanırdısa, indi o belə bir məsuliyyət daşımır. Ən azından burada yetərincə frnasız şirkətləri fəaliyyət göstərirdi və Fransa ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsində maraqlı deyildi. İndi isə gözünü yumub, ağzını açıb…”- deyə, millət vəkili vurğulayıb.
Mürtəza
Gununsesi.info