
“Rusiya Prezidenti Vladimir Putin bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib ki, Dağlıq Qarabağ məsələnin həllində hər iki ölkənin xalqı özünü qalib hiss etməlidir. Ermənistan qonşu Azərbaycan dövlətinin ərazisinin 20 faizini işal edib, yerli Azərbaycan əhalisini ordan qovanda, orada ikinci bir erməni dövləti qurmaq istəyəndə hər iki xalq qalib ola bilməz”.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə öz “Facebook” statusunda yazıb.
“Qaliblik hər iki xalq üçün o zaman ola bilər ki,
Azərbaycan üçün,
Ermənistan işağl edilmiş Azərbaycan toqrpaqlarından öz silahlı qüvvələrini çıxarsın, Azərbaycanın ərazi bütövlüyünü tanısın və Azərbaycanla mehriban qonşuluq şəraitində yaşamağı öz üzərinə götürsün.
Ermənistan üçün,
Ermənistan cəmiyyəti inkişafının və gələcəyinin işağl edilmiş Azərbaycan toqrpaqlarından öz silahlı qüvvələrin çıxarılmasında və Azərbaycanın ərazi bütövlüyünü tanınmasında olduğunu dərk etsin. Bunu etməsə, hətt,a dövlətçiliyini itirəcəyinin fərqinə varsın. İşğala son qoyulduqdan sonra açılmış sərhədlərdən öz iqtisadiyyatının inkişafı üçün istidadə etsin.
Bu variant üçün ATƏT Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransa zəmanət olsunlar”-deyə, o, daha sonra yazıb.
Gununsesi.info