Millət vəkili Həsən Ruhani hakimiyyətini ittiham etdi - "YALAN MƏLUMAT YAYIRLAR"

  • By admin
  • 30 May 2017 17:52

nadir-qazipur

Dövlətin Urmu gölünün canlandırılması ilə bağlı yalan iddialarına Urmiyanın İran parlamentindəki millət vəkili Nadir Qazipur etiraz edib. 

Gununsesi.info-nun axar.az-a istinadən verdiyi məlumata görə, millət vəkili Həsən Ruhani hakimiyyətini yalan xəbərlər yaymaqda ittiham edərək bunları deyib:

“Məntəqə Su İdarəsinin açıqladığı məlumata əsasən Urmu gölündə su azalıb. Hökumət isə bu barədə əsl sənədləri gizlədir və yalan məlumat yayır. Əslində, belə iddialar ictimai şüura təhqirdir. Hökumət göldə suyun azaldığına dair sənədləri gizli saxlayır”.

Qeyd edək ki, mayın 10-da Urmu gölünün son durumu ilə bağlı açıqlanan məlumata əsasən, göldə suyun səviyyəsinin tarazlığı 1270.99 metr olub. Bu, orta hesabla uzunmüddətli su səviyyəsinin tarazlığı, yəni 1274.67 metr ilə müqayisədə 3 metr 70 santimetr, ötən il mayın 10-u ilə müqayisədə 11 santimetr azalma deməkdir.

Gununsesi.info