“Bəzi saytlar hansısa bir saytı məhkəməyə verdiyimi, verəcəyimi yazır. Bu günə qədər reketçiliklə, pisliklə məşğul olan heç bir saytı məhkəməyə vermədim. Onu da verməyəcəm, belə bir düşüncəm də yoxdur”.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qənirə paşayeva dilə gətirib. Onun sözlərinə görə, pisliklərinə davam edə bilərlər, ilahi ədalət məhkəməsi özü gərəkən cavabı verəcək onlara. “Buna hər zaman inananlardan oldum. Bir də dövlətimiz də əziz millətimiz də kimin kim olduğunu yaxşı bilir. Ona görə yazdıqlarından heç bir naratlığım yoxdur. Reketçiliklə, ona-buna pisliklə reytinq qazanmaq istəyənlərə əslində baş qoşmamaq lazımdır. Qoyun çirkablarında boğulmaqda davam etsinlər”-deyə, o, sonra qeyd edib.
K. Həmzəoğlu
Gununsesi.info